Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək digər önəmli layihə, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılması yekunlaşmaq üzrə olan superkompüter infrastrukturdur.
“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sənaye 4.0 Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını təmin edəcək.
'Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Bu günlərdə “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan kredit reytinqini “Ba1”-dən “Baa3” səviyyəsinə - yəni investisiya kateqoriyasınadək yüksəldib. Bundan öncə isə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqini artırıb", - deyə nazir əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.