3x3 qadın millimiz Buxarest mərhələsinin C qrupunda
11 iyul Rumıniyanın paytaxtı Buxarest şəhərində 3x3 basketbol üzrə Qadın Seriyasının növbəti mərhələ oyunları keçirilib. Qadınlardan ibarət millimiz seçmə qrup oyunlarında "Tsukuba"(Yaponiya) klubuna 21:10, "Lozanna" (İsveçrə) klubuna isə 21:11 hesabları ilə qalib gəlib və əsas qruplara vəsiqə qazanıb. Qızlarımız C qrupunda Sinqapur və Ukrayna yığmaları ilə mübarizə aparacaq.