EN

Tərksilah olan PKK-çılar arasında onlar da var

İraqın Süleymaniyyə bölgəsində tərksilah olanlar arasında Hülya Oran da var.

APA NTV-yə istinadən xəbər verir ki, kod adı Bese Hozat olan Hülya Oran Cəmil Bayıkla birlikdə PKK-nın yüksək səviyyəli lideri və KCK İcraiyyə Şurasının həmsədridir.

O, 2015-ci il oktyabrın 28-dən Türkiyə Daxili İşlər Nazirliyinin açıqladığı “ən çox axtarılan terrorçular” siyahısında qırmızı kateqoriyadadır. Nazirlik Oranın tutulması üçün 20 milyon lirəyə qədər pul mükafatı elan etmişdi.

Chosen
6
11
moderator.az

10Sources