Ajans.az euronews-a istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio cümə günü Malayziyada Çin Xarici İşlər naziri Vanq Yi ilə görüşüb. Bu, ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra onların ilk üzbəüz danışıqları olub. Görüşün əvvəlində nə diplomatlar, nə də nümayəndə heyətləri jurnalistlərə açıqlama veriblər, yalnız foto üçün poza veriblər. Lakin görüşdən sonra Rubio danışıqları “müsbət” olaraq qiymətləndirib.