EN

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 1 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 24 milyard 988,9 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 19 milyard 342,2 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,4 % az, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.

Ötən yarım il ərzində Azərbaycanda 13 milyon 692 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 13 milyon 660 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 6 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 5,3 % azdır.

Chosen
7
2
report.az

10Sources