“Bu gün Qəzzada baş verənlər beynəlxalq ictimaiyyətin Srebrenitsadan lazımi dərsləri almadığını göstərir”.
Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa Soyqırımının 30-cu ildönümü ilə bağlı videomüraciətində deyib.
Onun sözlərinə görə, Srebrenitsa ilə bağlı səssiz qalan beynəlxalq ictimaiyyət son illər Fələstində baş verən vəhşilikləri sadəcə seyr edib:
Gec-tez İsrail hökuməti uşaqlar, qadınlar, qocalar və gənclər də daxil olmaqla 57 minə yaxın fələstinliyə qarşı törədilən soyqırıma görə qanun və tarix qarşısında cavab verəcək”, - deyə Ərdoğan bildirib.
Daşqın HəsənovMissiya.Az