EN

“Bədəli ağır olacaq!” – Xameneiyə təhdid məktubu

İsrailin keçmiş müdafiə naziri Yoav Qallant İranın Ali Rəhbəri Əli Xameneiyə təhdid məktubu yazıb.

Olaylar.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

"İran nüvə fəaliyyətlərini genişləndirəcəyi təqdirdə Təl-Əviv yeni hücumlar edəcək. İran öz müvəkkil qüvvələri vasitəsilə İsraili mühasirəyə almağa çalışır, lakin buna nail ola bilməyib", - deyə o qeyd edib.

Qallant iddia edib ki, "Hizbullah"ın keçmiş baş katibi Həsən Nəsrullah 2023-cü il oktyabrın 7-dən sonra İsrail və HƏMAS arasında münaqişədə iştirak etmək üçün Xameneidən icazə istəyib:

"Lakin o, bundan imtina edib. İranın 90 milyon əhalisi var və ərazi baxımından İsraildən 60 dəfədən çox böyükdür. Tehran bu gün hər zamankindən daha həssasdır. Düzdür, nüvə silahlarınızın inkişafını sürətləndirə bilərsiniz. Amma biz sizin nə qurduğunuzu görəcəyik və onları vuracağıq. Bədəli ağır olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
olaylar.az

1Sources