EN

Nazir: Ölkəmizin yeni iqtisadi modeli enerji ilə deyil, rəqəmsallaşma ilə formalaşır

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Ölkəmizin yeni iqtisadi modeli artıq yalnız enerji ilə deyil, bilik, innovasiya və rəqəmsallaşmayla formalaşır.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sənaye 4.0 Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, bu baxışın əsas sütunlarından biri də “ikili keçid” – Twin Transition modelidir: "Rəqəmsal keçid istehsalatın avtomatlaşdırılması, verilənlərə əsaslanan qərarvermə və çevik proseslərdir. Artıq yaşıl keçid enerjidən səmərəli istifadə, tullantıların azaldılması və ekoloji dayanıqlılığın təmin edilməsi seçim deyil, düşünülmüş əlaqləndirilən fəaliyyətdir".

Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək digər önəmli layihə, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılması yekunlaşmaq üzrə olan superkompüter infrastrukturdur.

O bildirib ki, superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını təmin edəcək.

'Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Bu günlərdə “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan kredit reytinqini “Ba1”-dən “Baa3” səviyyəsinə - yəni investisiya kateqoriyasınadək yüksəldib. Bundan öncə isə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqini artırıb" - deyə nazir əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
5
bakivaxti.az

6Sources