EN

“Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır: “Vallah, mənə heç nə deməyiblər”

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “Şərur” MTK-nın sahibi, “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundov xüsusi ittiham qaydasında aparılan məhkəmə işi üzrə təqsirləndirilən şəxs qismində tanınmışdı. 

Məlumata görə, o, iş adamı Emil Səməndərovu yekun məhkəmə qərarı olmadan “dələduz” adlandırdığına görə məhkəməyə verilmişdi. E.Səməndərovun şikayəti əsasında Binəqədi rayon Məhkəməsi Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə İ.Axundova qarşı xüsusi ittiham işi açmışdı. Belə ki, qarşı tərəf İsfəndiyar Axundovdan 5 milyon manat məbləğində kompensasiya tələb edirdi. 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Şərurlu İsfəndiyar bildirib ki, barəsində xüsusi ittiham qaydasındakı məhkəmə prosesi barədə hər hansı məlumatı yoxdur: 

“Mənim bu barədə heç bir məlumatım yoxdur. 

Vallah, mənə bu barədə heç nə deməyiblər. Əgər maraqlanırsınızsa, gedin məhkəmədən soruşun. Nə qalib gəlməsi, nə qazanması? 

Mən sadəcə demişdim ki, pul olub, mən başqa cür deməmişdim. Sadəcə şou düzəldirlər. Burada elə ciddi nə var ki? Məhkəmə nə qərar versin ki? Elə bir qərar yoxdur ki, verə. Sadəcə ekspertizadan kağız gəldi ki, guya bu, onun pulunu yeyib. 

O da cavab verdi ki, belə bir şey olmayıb. Yenidən ekspertizaya göndərdilər, yenə eyni cavab gəldi. İndi bundan sonra nə olmalıdır ki? 

Bilirsiniz necədir, məni bu işə cəlb etməklə istəyirlər ki, özlərinə divident qazansınlar. Burada istər hakim olsun, istər Emil Səməndərovun vəkili olsun”.

İsfəndiyar Axundov qeyd edib ki, E.Səməndərovun özü bu proseslərdən xəbərsiz olub: 

“Emil Səməndərov yazıq, fağır bir adamdır. 

Onu da aldadıb külli miqdarda pul alıblar ki, guya nəsə edəcəklər. Yazığı da bu şəkildə aldadıblar. İşi götürüb məhkəməyə veriblər ki, guya Emil Səməndərov məndən 5 milyon manat pul istəyir. 

Amma axırda məlum oldu ki, Emil Səməndərovun bundan xəbəri yoxdur, vəkili gizlincə verib məhkəməyə ki, iş belə böyüsün. Başa düşürsünüz? Heç o yazıq Emilin də xəbəri yoxdur. Emil hazırda həbsdədir. Kimisə aldadıb, insanlar da şikayət edib. Onun xəbəri var, ya yoxdur, bilmirəm. Allah qapısını açsın...” 

Chosen
6
cebheinfo.az

1Sources