EN

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

“Müasir dövrün çağırışlarına cavab vermək məqsədilə vətəndaşlara yeni bilik və bacarıqlar qazandıran proqramlar həyata keçirilir, təhsilin keyfiyyəti artırılır. Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması, ömür boyu öyrənmə prinsipinin tətbiqi bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sənaye 4.0 Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin birgə dəstəyi, eyni zamanda, "Coursera" şirkətinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən “4SI Akademiyası” buna nümunə göstərilə bilər: “Bu günə qədər Coursera platformasından 25 mindən çox vətəndaş faydalanıb. Proqram çərçivəsində azərbaycanlı istifadəçilərin sertifikat alma göstəricisi ötən illə müqayisədə iki dəfə artıb.

Bundan əlavə, maliyyə savadlılığının artırılması, milli məkan məlumatları infrastrukturunun qurulması, geoməkan məlumatlarının monitorinqi və analitikası bacarıqlarının təşviqi sahələrində “Binance”, “Esri”, “Dell” kimi qlobal şirkətlərlə əməkdaşlıq həyata keçirilir. Superkompüterlərin ölkəyə gətirilməsi və quraşdırılması da bu məqsədlərə xidmət edir”.

M.Cabbarov qeyd edib ki, Azərbaycan Dünya İqtisadi Forumu ilə tərəfdaşlıq çərçivəsində iştirak etdiyi “Skills Acceleration Platform” təşəbbüsü vasitəsilə inklüziv rəqəmsal bacarıqların formalaşdırılmasını və keyfiyyətli məşğulluq imkanlarının genişləndirilməsini təşviq edir: “Texnoloji həllər, eyni zamanda, həm istehsalatın səmərəliliyini artırır, həm də ətraf mühitə mənfi təsirləri azaldır”.

 

Chosen
15
tehsil.biz

1Sources