EN

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 9-10 iyul 2025-ci il tarixlərində təhsildə kurikulum və sillabusun əhəmiyyətinə həsr olunmuş seminar keçirilib. 

Kollecdən TƏHSİL.BİZ -ə bildirilib ki, seminar ABŞ-nin Missisuri ştatının Vaşinqton Universitetinin tədqiqat professoru, sosial siyasət və sosial iş üzrə beynəlxalq mütəxəssis Aytəkin Hüseynli tərəfindən keçirilib.

Seminarın məqsədi kurikulum və sillabusların əhəmiyətini müəllim heyətinə çatdırmaq, onların strukturu haqqında məlumat vermək və onlar arasındakı fərqlər barədə müzakirə aparmaq olub. Təqdimat zamanı Dr. Aytəkin Hüseynli kurikulumun təhsil proqramlarının həyata keçirilməsində əhəmiyyətindən, milli təhsil standartları və onlardan irəli gələn akademik nəticələr barədə danışıb.

Sillabusun hazırlanmasında nəzərə alınması vacib olan əsas amillərdən - fənnin tədrisinin məqsədi, tədris olunacaq mövzuların həftəlik planlaması, qiymətləndirmə metodları və istifadə ediləcək resurslar barədə ətraflı məlumat təqdim olunub. Vaşinqton Universitetində tədris edilən fənn üzrə işlənmiş nümunə sillabus interaktiv müzakirə ilə müşayiət olunub. 

Həmçinin müəllimlər tərəfindən ünvanlanan suallar cavablandırılıb və müəllimlərin planlaşdırma, qiymətləndirmə və pedaqoji metodlarların tətbiq edilməsi təcrübələri nəzərdən keçirilib. 

Seminarın sonunda bu tipli praktik seminarların vacibliyi vurğulanıb və onların müəllim heyətinə verə biləcəyi töhfələr diqqətə çatdırılıb.

 

 

 

 

 

Chosen
14
1
tehsil.biz

2Sources