EN

Trampın bu fikirləri Rusiya birjasını ÇÖKDÜRDÜ 

Rusiya bazarı iyulun 11-də Cümə ticarətini kəskin enişlə açıb, Moskva Birjası indeksi ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı açıqlaması fonunda son üç ayın ən aşağı dəyərinə yaxınlaşır.

KONKRET.az xəbər verir ki, bunu platformanın məlumatları sübut edir.

Minimum olaraq indeks 2686 punkta çatıb. Ağ Ev lideri Rusiya rəhbərliyini və şəxsən prezident Vladimir Putini Ukraynadakı münaqişəyə yanaşmaları ilə bağlı tənqid atəşinə tutub.

Tramp bu dəfə Konqresdə Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi ilə maraqlanır. O, həmçinin vurğulayıb ki, Moskvanın davranışından və Ukraynadakı müharibəni dayandırmaq istəməməsindən məyusdur.

İlin əvvəlində Rusiya fond bazarı Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq və ola bilsin ki, bəzi sanksiyaları ləğv etmək niyyəti səbəbindən yüksəlib. İki ölkənin nümayəndə heyətləri arasında aparılan danışıqlar investorları həvəsləndirib və Moskva birjası indeksi 3350 bəndi keçib. Amma son dörd ayda Rusiya qiymətli kağızları tədricən ucuzlaşıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
14
1
konkret.az

2Sources