EN

Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

İmişli sakinləri susuzluqdan əziyyət çəkir.

Lent.az-a müraciət edən rayonun Muradxanlı kənd sakinləri bildirib ki, su olmadığı üçün pambıq sahələri və meyvə-tərəvəz bostanları məhv olub. 

“Yay gələndə kənddə su olmur. Həyətdə əkib-becərdiyimiz bütün meyvə-tərəvəzlər susuzluqdan məhv olublar. Sahədə pambıq əkirik, onu da susuzluqdan becərə bilmirik, qalır orada, yanır. Artıq susuzluğun əlindən təngə gəlmişik. Məcburiyyətdən həyət-bacadakı ağacları quyu suyu ilə sulayırıq, amma sahələr gözümüzün qarşısında quruyub gedir. Yağış yağanda sevinirik”, sakinlər bildiriblər.

Onlar həmçinin qeyd edir ki, əhalinin əksər hissəsinin qazanc yeri məhz əkin-biçindir:

“Taxıl, yonca, pambıq əkib, sezonu çatanda biçib, satırıq. Bizim qazanc yerimiz budur. Amma bu il su olmadığı üçün çətin ki, əkdiklərimizin faydasını görək. Su kanalları qupqurudur, bir damcı da su gəlmir”.

Şikayətlərdən görünən odur ki, sakinlərin gəlir mənbəyi olan əkinçilik də su qıtlığı səbəbindən məhv olur.

Bəs kəndə niyə su verilmir? Su kanalları niyə quruyub? Nə zaman verilməsi nəzərdə tutulub?

İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən Asif Bədirov Lent.az-a bildirdi ki, bu həftənin şənbə günü Muradxanlı kəndinə su veriləcək:

“Su az olduğu üçün kəndlər arasında növbəli şəkildə paylanır. Bu həftənin şənbə günü, yəni iyulun 12-də kəndə 1 həftə müddətində su veriləcək. 7 günün tamamında isə növbəli olduğu üçün su dayandırılaraq, Əliqulular kəndinə ötürüləcək. Daha sonra yenə eyni qaydada proses davam edəcək”.

Ümid edirik ki, şənbə günündən etibarən kəndlilərin su problemi həll olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
lent.az

1Sources