EN

Dövlət Baxçalıdan PKK-nın silahlarını yandırmasına reaksiya: "Türkiyə terror bəlasından qurtulur"

MHP sədri Dövlət Baxçalı separatçı terror təşkilatı PKK-nın təşkilati varlığını ləğv etməsindən sonra bu gün ilk dəfə silahlarını yerə qoymasına münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, artıq ölkənin yarım əsrə yaxın zorakılıq və vəhşiliklə tarixə çevrilmiş terror bəlasından qurtuluş ərəfəsində olduğunu dilə gətirib.

MHP sədri  bildiriib ki, bugünki silahları yandırma aksiyası ilə Türkiyə və ətraf bölgələr yeni və ümidverici bir dövrə keçidə qədə qoyub: "PKK-nın qurucu rəhbərliyi lobal və regional təhlükələri vaxtında qabaqcadan görüb sözünün üstündə durdu...".

Açıqlamasında DEM Partiyasının mövqeyinə toxunan Baxçalı kürdlərin siyasi təşkilatını mövqeyinə görə alqışlayıb: "DEM Partiyası terrordan azad Türkiyə hədəfinə səmimiyyətlə bağlı olaraq ağıllı və məsuliyyətli siyasi xətti qoruyub, balanslı və dəqiq bəyanat və fəaliyyətlə min illik qardaşlığın tərəfində dayanıb".

Dövlət Baxçalı “Terrorsuz Türkiyə” hədəfinin dövlət siyasətinə çevrildiyini və bu qətiyyətin prezident Rəcəb Tayyib Ərdoğan və hökumət tərəfindən əvvəldən qəbul edildiyini də xatırladıb: "Milliyyətçi Hərəkat Partiyası olaraq biz və Cumhur İttifaqı heç bir təxribata, dağıdıcı təlqinlərə boyun əymədən mübarizədə öz siyasi fərasət və mətanətini dəyişməz olaraq qoruyub saxladıq. Bu gündən terror təşkilatı qruplar halında silahlarını təhvil verməyə başlayıb və bu, qaranlıq bir dövrün sona çatdığını göstərir...".

MHP lideri bəyanatını belə yekunlaşdırıb: "“Terrorsuz Türkiyə” yolunda müstəsna əməyi olan, dəstək verən hər kəsə, başda Prezidentimiz olmaqla, hər kəsə minnətdarlığımı bildirir və bu yeni dövrün soylu millətimiz üçün xeyirli olmasını Allahdan diləyirəm".

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
9
1
mia.az

2Sources