EN

Rusiyadan Azərbaycana qarşı daha bir qadağa - VİDEO

Krasnodar vilayətində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan gətirilmiş 18 ton nektarin və şaftalı məhv edilib.

Ölkə.Az xəbər verir ki, rəsmilərin iddiasına görə, məhsullarda qərb çiçək tripsi adlı zərərverici aşkarlanıb.

Bundan əlavə, 15 ton Azərbaycan pomidorunda da Cənubi Amerika tomat miniromolyasının aşkarladığı əsas gətirilərək məhsulların ölkəyə buraxılması qadağan edilib və yerindəcə məhv olunub.

Xatırladaq ki, iyulun 11-dən etibarən Azərbaycanın "Allbuy" MMC və "Milk Products" MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağan edilib.

Chosen
41
2
olke.az

3Sources