EN

Dağıstanda sudan zəhərlənənlərin sayı 370 nəfəri ötüb

Bakı. Trend:

Dağıstanın Məhərrəmkənd rayonunda bağırsaq infeksiyası iləxəstəxanalara 372 nəfər müraciət edib. Bu təkcə son dörd günərzində qeydə alınan müraciətlərdir.

Trend xəbər verirki, bu barədə Dağıstan Respublikasının Səhiyyə nazirliyi məlumatyayıb.

Məlumatda, 97 nəfərin stasionarlarda qaldığı deyilir.Zərərçəkənlərin 357-nin yetkinlik yaşına çatmamış sakinlər olduğudeyilir.

Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan RifahınaNəzarət Xidmətinin respublika idarəsinin məlumatına görə, bağırsaqinfeksiyası ocağının səbəbi su kəmərində baş vermiş iki qəzasonrası əhaliyə çatdırılan keyfiyyətsiz su ola bilər. Təhlükəsizliktələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlıcinayət işi açılıb.

Məqalədə:
Chosen
26
1
az.trend.az

2Sources