Bakı, 11 iyul, AZƏRTAC
"Sumqayıt" komandası futbolçusu Silvanus Nimeli ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, S.Nimeli ötən ilin avqust ayından “kimyaçılar”ın formasını geyinirdi.