"Sumqayıt" futbolçusu Silvanus Nimeli ilə yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Gənclik şəhəri" təmsilçisi ilə forvard arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub 26 yaşlı hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, liberiyalı futbolçu ötən ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.