EN

Sportinq” Endriki icarəyə götürmək istəyir

Portuqaliyanın “Sportinq” klubu “Real Madrid”in braziliyalı gənc hücumçusu Endriki icarə əsasında heyətinə qatmaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, isveçli hücumçu Viktor Gyökereslə yolların ayrılması halında Lissabon təmsilçisi Endrikin transferi üçün hərəkətə keçəcək.

Hazırda futbolçunun meneceri “Sportinq”lə əlaqə saxlayır. Lakin “Real Madrid”in baş məşqçisi Xabi Alonso gənc oyunçunun klubdan ayrılmasına müsbət yanaşmır.

Qeyd edək ki, Endrik ötən mövsüm cəmi 847 dəqiqə meydanda olub.

Fərid Nəsibov

Chosen
7
1
idmanxeber.az

2Sources