EN

Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürüldü


Rusiyada daha bir yüksək rütbəli zabit Ukrayna ilə müharibədə həlak olub.  
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, 155-ci dəniz piyada briqadasının polkovniki Sergey İlyin iyulun 2-də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə endirdiyi zərbə zamanı öldürülüb.
Bu barədə İlyinin doğulduğu Çuvaşiyanın Urmarski bələdiyyə administrasiyası “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, o, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini Mixail Qudkovla birlikdə öldürülüb.
O, iyulun 10-da doğulduğu Musirmi kəndində dəfn edilib.
Chosen
14
yeniavaz.com

1Sources