EN

UEFA "Neftçi" ilə bağlı yeni MÜHÜM QƏRAR verdi!

"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı oyununun hansı ölkədə baş tutacağı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın Türkiyə təmsilçisi "Fomget"lə turnirin I təsnifat mərhələsinə təsadüf edəcək matçı Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Görüş iyulun 30-da "House of Football Natural Pitch" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final oyunlarından ibarət olacaq. "Neftçi" "Fomget"i yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək.

Bu görüşdə qələbə qazanan tərəf II təsnifat mərhələsinə vəsiqə qazanacaq. Final isə avqustun 3-də eyni şəhərdə baş tutacaq.

Chosen
4
12
sportinfo.az

10Sources