EN

İraqda PKK terrorçularının silah təhvilvermə mərasimi keçiriləcək

Terror təşkilatı Kürdüstan Fəhlə Partiyası (PKK) bu gün silahlarını təhvil verməyə başlayacaq. Bu barədə Oxuməni.az “Haber Global”a istinadən xəbər verir.

Kürdüstan Fəhlə Partiyasının (PKK) onlarla terrorçuları iyulun 11-də Şimali İraqda keçiriləcək mərasimdə silahlarını təhvil verəcək. “Reuters” xəbər verir ki, bu, Türkiyə ilə uzun müddətdir davam edən münaqişəyə son qoymaq yolunda simvolik, lakin mühüm addım olacaq.

Tarixi addım cümə günü Süleymaniyyədə gizli bir yerdə atılacaq. 20-30 nəfərlik PKK-lı qrup silahlarını təhvil verərək bölgəni tərk edəcək. Onlarla yanaşı, PKK rəhbərliyi və Kürdüstan İcma Birliyinin üzvləri də silahı yerə qoyacaqlar.

Silahlar daha sonra Türkiyə və İraq kəşfiyyatının nümayəndələri, İraq Kürdüstan Regional Rəhbərliyinin rəsmiləri və kürd yönümlü Türk Demokratik Birlik Partiyasının yüksək səviyyəli üzvlərinin qatılacağı başqa mərasim zamanı məhv ediləcək.

Xatırladaq ki, may ayında PKK özünü ləğv etdiyini açıqlamışdı.

Bundan bir neçə ay əvvəl partiyanın lideri Abdullah Öcalan partiyanı silahı yerə qoymağa çağırmışdı. 1999-cu ildən Türkiyədə həbsdə olan o, silahlı mübarizədən əl çəkərək “siyasi və demokratik” üsullara keçmək təşəbbüsü ilə çıxış edib.

Almaz Həsənli

Chosen
24
1
oxumeni.az

2Sources