EN

Oksana Markarova vəzifəsindən azad edildi

Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də ölkəsinin səfiri vəzifəsində çalışan Oksana Markarovanın geri çağırılması barədə qərar verib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfirin dəyişdirilməsi diplomatik korpusda planlaşdırılan geniş rotasiyanın bir hissəsidir. Yeni təyinatlarla bağlı bir neçə namizədin, o cümlədən müdafiə naziri Rustem Umerovun da adı hallanır. Mümkün namizədlər arasında baş nazir Denis Şmıqal və Avropa inteqrasiyası üzrə baş nazir müavini Olha Stefanişina da yer alır.

Zelenskinin qərarının ABŞ ilə əlaqələrin gücləndirilməsi və xüsusilə hərbi yardım məsələlərində diplomatik fəaliyyətin yenidən qurulması məqsədi daşıdığı qeyd olunur. Prezident son çıxışlarında ABŞ-dəkı səfirliyin silah təminatı və müdafiə sahəsində daha fəal çalışacaq bir diplomat tərəfindən idarə olunmasının vacibliyini vurğulamışdı.

Oksana Markarova 2021-ci ildən bu vəzifədə çalışırdı. Hazırda onun gələcək fəaliyyəti ilə bağlı rəsmi açıqlama verilməyib. Yeni səfirin kim olacağı yaxın günlərdə açıqlanacaq.


Chosen
7
3
news24.az

4Sources