“Citigroup” beynəlxalq maliyyə qurumu MSCI “All Country World Index” (ACWI) üzrə 2026-cı ilin ortası üçün hədəf səviyyəsini 1150 bənd olaraq açıqlayıb. Bu, indeksin hazırkı 1100,2 bəndlik səviyyəsindən təxminən 5 faizlik artım potensialı deməkdir.
Vaxt.az xəbər verir ki, bankın analitiklərinə görə, 2024-cü ilin sonunadək qlobal səhm bazarlarında dar diapazonda hərəkət gözlənilsə də, 2025-ci ilin ilk yarısından etibarən ciddi yüksəlişlər baş verə bilər.
“Citigroup”un hesabatında qeyd olunur ki, orta müddətli dövrdə ən yüksək artım potensialı Yaponiyada və Avropa bazarlarında müşahidə olunacaq.