EN

"Sabah"ın legioneri: "Come back" edəcəyimizə inanıram"

"Selye"yə qarşı görüş çox çətin alındı. Əslində, belə olacağını da ehtimal edirdik".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Coy-Lens Mikkels Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Çelye" ilə matçından sonra Sportal.az-a açıqlamasında deyib.

Masazır klubunun legioneri Bakıdakı məğlubiyyəti şərh edib: "Selye" topla çox oynamağı sevən rəqibdir. Bu da bizə çətinlik yaradırdı. Son dəqiqə qolu ilə uduzduq. Lakin qarşıda "Selye" ilə daha bir oyunumuz da var. Sona qədər mübarizə aparacağıq".

O, komandasının yeni sistemi barədə də fikirlərini bildirib: "Yeni sistem deyəndə ki, biz öz oyunumuzu oynayırıq. Baş məşqçimizin oyun stili yaxşıdır, hücum futbolu oynayırıq. Son mövsümdəki kimi çıxış edirik. Daha yaxşı olmağa, növbəti həftə daha gözəl futbol oynamağa, nəticə qazanmğa çalışacağıq. "Come back" edəcəyimizə inanıram".

Qeyd edək ki, "Sabah" ilk görüşdə "Selye"yə 2:3 məğlub olub. Cavab görüşü isə bir həftə sonra Sloveniyada keçiriləcək.

İdman.biz

Chosen
9
1
idman.biz

2Sources