EN

Azərbaycan klubları 500-cü qolu vurub

Ajans.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qolu Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Selye” matçına (2:3) təsadüf edib. Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub. Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA Kuboku) 294, Konfrans Liqasında 64, İntertoto Kubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.

Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA Kuboku) 294, Konfrans Liqasında 64, İntertoto Kubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.

Chosen
27
24
Ajans.az

10Sources