EN

Şokolad faydalıdır, yoxsa zərərlidir? – Həkim hər şeyi izah etdi

Şokolad

Bəziləri şokoladı zərərli və asılılıq yaradan hesab edir, digərləri isə onu ən az ziyanlı şirniyyat kimi qəbul edir. *“Gazeta.ru”*ya danışan qastroenteroloq, “Gemotest” laboratoriyasının eksperti Yekaterina Kaşux bu fikirlərə aydınlıq gətirib.🫘 Şokolad kakao dənələrinin emal məhsullarından – kakao-kərəyağı və kakao-tozundan hazırlanır. Kakao isə antioksidantlar, flavanollar, teobromin, maqnezium və az miqdarda kofeinlə zəngindir. Bu maddələr:Hüceyrələri oksidativ stressdən qoruyurQan təzyiqini normallaşdırmağa kömək edirBeyin fəaliyyətini və əhvalı yaxşılaşdırırSinir sistemini stimullaşdırır👩‍⚕️ Mütəxəssis qeyd edir ki, şokoladın faydası onun tərkibindəki kakao məhsullarının miqdarından asılıdır. 70%-dən yuxarı tərkibli qara şokolad nisbətən faydalı hesab olunur, amma “superfood” deyil.🧂 Amma çox vaxt marketdəki şokoladların tərkibində az kakao, çox şəkər, aromatik əlavələr və zərərli yağlar olur.Südlü və ağ şokolad – az kakao, çox şəkərDavamlı istifadəsi – piylənmə, insulin müqaviməti, 2-ci tip diabet, diş çürüməsi, bağırsaq mikroflorasının pozulmasıŞəkərin sıçrayışı – qəfil aclıq hissi və şirin qidaya bağlılıq⚠️ Yüksək kakao tərkibli keyfiyyətli şokolad belə çox kalorilidir – 100 qramda 500-600 kkal. Ona görə gündəlik porsiya 20-30 qram olmalıdır (təqribən 100-150 kkal). Bu miqdarda istifadə həm faydalı, həm də çəkiyə zərərsiz ola bilər.🍯 “Sağlam şokolad”lar haqqında nə bilməliyik?Fruktoza, bal və aqava siropu ilə hazırlananlar – “pəhriz” hesab olunmamalıdırEritrit, steviya kimi şəkər əvəzediciləri – kalori az, amma bəzi insanlarda qarında köp və diskomfort yarada bilərŞəkərsiz olsa belə, şokolad özü kalori baxımından yüksək məhsuldur – normanı aşmamaq vacibdirUlusum.az

Diqqət Çəkənlər

Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO

Trump Zohran Mamdanini “kommunist dəli” adlandırdı

"Ukrayna müharibəsi Tramp üçün ikinci Əfqanıstan ola bilər" - XƏBƏRDARLIQ

Chosen
126
20
ulusum.az

10Sources