EN

Coca-Cola Azərbaycan minlərlə gəncin Məzun Gününə dəstək olub

Daim gənclərin yanında olan, dünyada milyonlarla insanın sevilən sərinləşdirici içki brendi Coca-Cola bu il də Azərbaycan universitetlərinin Məzun Gününə dəstək olub. Belə ki, ötən illərlə müqayisədə dəstəyin həcmi artaraq ölkənin 7 aparıcı universitetini əhatə edib.

Minlərlə gəncin sevincinə şərik olan şirkət tədbirlərdə sərinləşdirici içki dəstəyi də göstərib.

Coca-Cola Azərbaycan şirkətinin İctimaiyyətləəlaqələr ve kommunikasiya şöbəsinin rəhbəri Türkan Manaflı bildirib ki, şirkət məzunların yanında olmaqdan qürur duyur:

“Məzun Günü gənclərin həyatında yeni bir mərhələnin başlanğıcıdır. Biz də bu əlamətdar gündə onların yanında olaraq, sevincini paylaşmaqdan və unudulmaz xatirələr yaratmaqdan fərəh hissi keçiririk.  Hər məzuniyyət bir başlanğıcdır biz bu başlanğıclarda onların yanında olmaqdan qürur duyuruq. Məzunların hər birinə gələcək həyatlarında uğurlar arzulayırıq! 

Xatırladaq ki, Coca-Cola-nın hazırda “Musiqi 2025” kampaniyası keçirilir. Bu il 10 sentyabra qədər davam edəcək kampaniyaya daxil olan məhsullar xüsusi etiketli və sarı qapaqlı 0.5 litrlik “Coca-Cola”  Klassik, “Coca-Cola” Sıfır Şəkər, “Fanta” Portağal  və “Sprite”dır.

® Reklam

Chosen
9
2
marja.az

3Sources