EN

Əsəbi yeznə avtomobillə baldızını əzdi ANBAAN VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin paytaxtı Ankarada dəhşətli hadisə baş verib.

Avtosfer.az xəbər verir ki, bir nəfər qohumları ilə mübahisə etdikdən sonra avtomobilini onların üstünə sürüb. Hadisə şahidlərinin bildirdiyinə görə, kürəkən qonaq getdikləri evdə yaranan mübahisədən sonra avtomobilə əyləşərək maşını qohumlarının üstünə sürüb, öz baldızını əzib.

Hadisə nəticəsində qadınlardan biri avtomobilin altında qalıb. Ətrafda olan vətəndaşlar dərhal köməyə gələrək maşını əlləri ilə qaldırıb qadını xilas ediblər. Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib və hazırda reanimasiya şöbəsində həyat mübarizəsi aparır.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Ailədaxili mübahisənin səbəbləri və təqsirli şəxsin motivləri müəyyənləşdirilir. Şahidlərin sözlərinə görə, hadisə anidən baş verib və sürücünün məqsədli şəkildə avtomobili insanların üzərinə sürdüyü ehtimal edilir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
avtosfer.az

1Sources