EN

Komitə nümayəndəsi: Sosial göstəricilər əsasında tibbi müdaxilənin aparılması qanunvericiliklə tənzimlənir

Bakı, 11 iyul, AZƏRTAC

Qanunvericiliyə əsasən, qadının və ya ailənin sosial vəziyyəti nəzərə alınmaqla hamiləliyin dayandırılmasına icazə verildiyi hallara 2-ci qrup əlillik, çoxuşaqlılıq, hamiləlik dövründə ərin vəfat etməsi, valideynlik hüququndan məhrumetmə, ailədə əlil uşağın olması, qadının qaçqın və ya məcburi köçkün statusu, nikahın pozulması və ya nikahdankənar hamiləlik, ər-arvadın azadlıqdan məhrumedilmə halları, yaşayış şəraitinin qənaətbəxş olmaması və hamiləliyin zorlamaya bağlı olması kimi hallar daxildir.

AZƏRTAC xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov bu gün Bakıda keçirilən Ümumdünya Əhali Gününə həsr olunmuş müzakirə zamanı bildirib.

Onun sözlərinə görə, bu kimi hallar qadının və ailənin psixoloji, hüquqi və sosial rifahına mənfi təsir göstərə biləcək ciddi səbəblər kimi qiymətləndirilir və müvafiq tibbi-sosial komissiyanın rəyi əsasında hüquqi əsasla hamiləliyin dayandırılmasına imkan yaradır. Məqsəd isə ailə və cəmiyyət üçün daha ağır nəticələr doğura biləcək risklərin qarşısını vaxtında almaqdır.

 

Chosen
130
azertag.az

1Sources