EN

Qarın ağrısı ilə xəstəxanaya getdi, qaraciyərindən 90 santimetrlik “canlı” çıxdı

Türkiyənin Batman vilayətində qeyri-adi tibbi hadisə baş verib. Uzun müddətdir qarın ağrısından şikayət edən 47 yaşlı qadının qaraciyərindən 90 santimetr uzunluğunda kist çıxarılıb.

Yenisabah.az Haber Global-a istinadən xəbər verir ki, xəstə Fərahat Aydoğdu adlı vətəndaş idi. Batman Dövlət Xəstəxanasında müayinə olunan qadının qaraciyərində böyük ölçülü “kedi-köpek kisti” (yəni, it və pişiklərdən yoluxan parazit kisti) aşkarlanıb.

Cərrahiyyə müdaxiləsi ilə kist uğurla çıxarılıb. Əməliyyatı həyata keçirən ümumi cərrah Opr. Dr. Serdar Zengin bu halın nadir rast gəlindiyini deyib: Dominos pizza

“Xəstəmizin qaraciyərində parazit mənşəli 90 santimetrlik kist aşkar etdik. Əməliyyatla onu tamamilə təmizlədik. Artıq səhhətində problem yoxdur,” – deyə həkim bildirib.

Qeyd edək ki, bu cür kistlər əsasən gigiyenik qaydalara əməl edilmədikdə, ev heyvanları ilə təmas nəticəsində insan bədəninə keçən parazitlərdən yaranır.

Rəvan Rzazadə


Telegram kanalımız
Chosen
26
yenisabah.az

1Sources