EN

PKK silahları yerə qoyur: Gerçək barış, yoxsa taktiki gediş?- ÖZƏL

Türkiyədə "Terrorsuz Türkiyə" prosesinin silahsızlaşma mərhələsi başlayır. PKK terrorçularının bir qismi bu gündən etibarən Şimali İraqda silahları təhvil verir. Proses MHP lideri Dövlət Baxçalının çağırışı və Prezident Ərdoğanın dəstəyi ilə baş tutub. Tərksilah mərhələsini Türkiyə MİT-i, Ərbil və Bağdadla birlikdə izləyir. Silahlar məhv ediləcək, cinayət törətməyən PKK üzvləri Türkiyəyə qayıda biləcək.

Bu proses regionda Türkiyənin diplomatik və təhlükəsizlik siyasətinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:

"Mənə görə, PKK çoxdan transformasiyaya uğrayıb. Təşkilat sözün əsil mənasında sağ göstərib, sol vurur. Belə ki, PKK 10-15 il öncəyə qədər sadəcə dağlarda silahlı mübarizə aparan bir qruplaşma idi. Daha doğrusu, belə göstərilirdi. Hətta Türk film sektorunda belə, PKK, əldə kalaşnikov tutub dağda gəzən Türk ordusu qarşısında əzilən bir obraz yaratmışdı. Realda isə Türkiyə PKK ilə mübarizədə minlərlə şəhid verib. Yəni Türkiyənin 30 ildən artıq mübarizə apardığı bir terror təşkilatı ictimayyətə tam tərsi göstərilirdi. 
Əslində bu da düşünülmüş bir plandır. Plana görə isə PKK Türk ictimaiyyətində zəif və əhəmiyyətsiz göstərilir, dağlarda Türk ordusunun başını qatıb, içdən içə Türk cəmiyyətinə sızırdı.
Mənə görə, PKK bu gün Türkiyə media sektoruna, siyasətinə, elmi camiəsinə və ordusuna sıza bilib. Yəni PKK bir silahlı qruplaşmadan daha kompleks bir təhlükə halını alıb. Hesab edirəm PKK-nın silahı yerə qoyması müvəqqəti bir şeydir. Siyasi və ideoloji mübarizə davam edəcək. Terror təşkilatı yeni taktikalara və yeni mübarizə üsullarına yiyələnib.
Sual yaranır: bunu Türkiyə kimi güclü bir ölkə bilmirmi? Zənnimcə, bu bilinir. Amma Türkiyə siyasətinin qarışıq olması, hakimiyyət uğrunda mübarizələr, ayrı-ayrı siyasilərin gücü əldə etmək üçün PKK ilə sövdələşməyə getməsi, məsələnin bu şəkildə görməsinə və ya PKK-ya qarşı kompleks mübarizənin əngəllənməsinə səbəb olur. Əslində, Türkiyə siyasi sisteminin belə bir hala gəlməsi də öncədən düşünülmüş bir addım idi.
PKK-nın kökləri çox dərinlərdədir və onu sadəcə bir qurultayla silmək mümkün olmayacaq. Hesab edirəm ki, Ərdoğan sonrası PKK-nın əsil niyyəti, bugünkü qərarın real fəsadları özünü qabarıq şəkildə biruzə verəcək" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
olaylar.az

1Sources