Demokrat.az xəbər verir ki, İsmət Səttarov səfirə Şuranın fəaliyyəti, gördüyü işlər, audiovizual media sahəsinin tənzimlənməsi, ölkədə bu istiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib.
O, iki ölkə arasında audiovizual media sahəsində birgə layihələr həyata keçirilməsinin, təcrübə mübadiləsi aparılmasının və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb:
"İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Hazırda iki ölkənin media subyektləri, televiziya və radio kanalları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur".
Səfir Alim Bayel, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini bildirib.
O, yayımçılar arasında əməkdaşlığın gücləndirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb:
"Televiziya kanalları arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin telekanallarının qarşılıqlı şəkildə yayımlanmasının təmin olunması və bu istiqamətdə texniki və hüquqi məsələlərin həlli üçün əməkdaşlıq vacibdir".


10Sources
-
sesqazeti.azAudiovizual Şuranın sədri Qazaxıstan səfiri ilə görüşüb ( 19188679)
-
demokrat.azAudiovizual Şuranın sədri Qazaxıstan səfiri ilə görüşdü — FOTOLAR ( 19183714)
-
sia.azAudiovizual Şuranın sədri Qazaxıstan səfiri ilə görüşüb - FOTOLAR ( 19182472)
-
olaylar.azAudiovizual Şuranın sədri İsmət Səttarov Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb ( 19182319)
-
teleqraf.comAudiovizual Şuranın sədri Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşdü ( 19182217)
-
azertag.azAzərbaycan ilə Qazaxıstanın televiziya və radio kanalları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur ( 19181959)
-
apa.azAudiovizual Şuranın sədri Qazaxıstan səfiri ilə görüşüb ( 19181935)
-
report.azAudiovizual Şuranın sədri Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb ( 19181932)
-
Ajans.azİsmət Səttarov Qazaxıstan səfiri ilə görüşüb ( 19181662)
-
az.trend.azAudiovizual Şuranın sədri İsmət Səttarov Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb ( 19180963)