EN

20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI

Fransada Sen-Trope kurortunun sahillərində uzunluğu 40 metrdən çox olan superyaxta yanıb.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə AFP agentliyi yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

"Sea Lady II" yaxtasında yanğın axşam saatlarında naməlum səbəbdən başlayıb.

Yanğının söndürülməsinə 30-a yaxın yanğınsöndürən və dörd texnika səfərbər olunub.

Qeyd edək ki, "Sea Lady II" 41 metrlik superyaxtadır, 1986-cı ildə tikilib, həftəlik 80 000 avroya (təxminən 160 000 manat - red.) icarəyə verilir.

Chosen
14
avtosfer.az

1Sources