EN

"Neftçi" Türkiyə klubu ilə ÇL oyununu bu ölkədə keçirəcək

Azərbaycanı qadınlar arasında UEFA Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edəcək "Neftçi"nin oyununun yeri dəqiqləşib.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Türkiyə təmsilçisi "Fomget"lə 1-ci raund matçını Albaniyada keçirəcək.

Bu barədə qərarı UEFA verib. Görüş iyulun 30-da Tiranadakı "House of Football Natural Pitch" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, 1-ci raund yarımfinal və final mərhələsindən ibarət olacaq.

"Neftçi" "Fomget"i mübarizədən kənarlaşdırsa, avqustun 3-də mini finalda İsrailin "Kiryat" klubu ilə qarşılaşacaq. Qalib II təsnifat mərhələsinə yüksələcək.

saytlarin hazirlanmasi

Chosen
14
sportal.az

1Sources