EN

Leninqrad vilayətində Azərbaycanlı iş adamlarına və rus polisinə qarşı əməliyyat

Olaylar.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətində (Lenoblasti) xüsusi xidmət orqanları və OMON dörd polis şöbəsində eyni anda reyd keçirib. "Mash na Moyke"nin məlumatına görə, 87-ci, 88-ci, 97-ci və 128-ci polis şöbələrinin rəisləri azərbaycanlı iş adamlarından rüşvət almaqda şübhəli bilinir.

İstintaqın məlumatına görə, 2023-cü ildən bəri azərbaycanlı sahibkarlar qaçaqmal spirtli içki və tütün məhsulları satıblar, mağazalarında isə miqrasiya qaydalarını pozan əcnəbilər işləyib. Yoxlamalardan yayınıb işlərini davam etdirmək üçün isə polis rəislərinə ümumilikdə 154 min rubl həcmində rüşvət veriblər.

Faktla bağlı vasitəçilik və rüşvət alma maddələri üzrə cinayət işi açılıb. Artıq şübhəlilərin ev və iş yerlərində axtarışlar aparılır, qarşıda dindirilmələr gözlənilir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
1
olaylar.az

10Sources