EN

900-dən çox KOB subyekti və potensial sahibkar dövlət dəstəyi ilə biznes üzrə bilik və bacarıqlarını inkişaf etdirib

Bakı. Trend:

KOB-ların və biznesə başlamaq istəyən potensial sahibkarlarınmüvafiq sahədə bilik və bacarıqlara yiyələnməsi, mövcudbiliklərinin artırılması və təkmilləşdirilməsi, peşəkar məsləhətxidmətinin göstərilməsi istiqamətində dövlət dəstəyi tədbirləridavam etdirilir.

2025-ci ilin yanvar-iyun aylarında bu məqsədlə Kiçik və OrtaBiznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 70-ə yaxın ödənişsiztəlim təşkil olunub. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğunolaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarəedilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznesplanın hazırlanması, layihələrin idarə olunması, “yaşıliqtisadiyyat” və digər mövzuları əhatə edib. Təlimlərdə ümumilikdəBakı və ölkə regionlarından olmaqla 470-ə yaxın biznes subyekti vəpotensial sahibkar iştirak edib. Daha çox KOB subyektinin ödənişsiztəlimlərdən yararlanması üçün bəziləri onlayn formatda təşkilolunub.

Eyni zamanda KOBİA-nın yaratdığı video təlim platformasındakıonlayn təlim videolarından 301 nəfər ödənişsiz faydalanıb.

Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması,mühasibatlıq, hüquqi məsələlərlə bağlı KOBİA tərəfindən cari ilin Iyarısında 140 sahibkara və biznesə başlamaq istəyən şəxsə peşəkarməsləhət xidməti göstərilib.

Agentliyin dəstəyi ilə kənd təsərrüfatı, istehsal, xidmət vədigər istiqamətlərdə biznesin qurulması və genişləndirilməsiməqsədilə ödənişsiz olaraq 128 biznes plan hazırlanıb.

Ümumilikdə, 2025-ci ilin birinci yarısında KOB subyektlərininbiznes üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi,sahibkarlıq sahəsində lazımi informasiya ilə təmin olunması üçünKOBİA-nın təlim, məsləhət xidməti, biznes planın hazırlanması,video təlim platforması kimi dəstək alətlərindən 900-dən çox KOBsubyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Məqalədə:
Chosen
138
11
az.trend.az

10Sources