EN

Prezident İlham Əliyev Miqrasiya Xidməti işçilərinin geyimləri barədə sənədlərdə dəyişiklik etdi - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının DövlətMiqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərinxüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”dədəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının DövlətMiqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olanişçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarınıntəsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsihaqqında fərman imzalayıb.

Trend xəbərverir ki, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindəqulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması vəfərqlənmə nişanları haqqında Əsasnamə”nin və “AzərbaycanRespublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusirütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmənişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmandaaşağıdakı dəyişikliklər edilib:

Geyim formasının tərkibinə aşağıdakı geyim əşyalarıdaxildir:

furajka (qadınlarda – şlyapa) – tünd boz rəngli;

qış papağı – tünd boz rəngli;

palto – tünd boz rəngli;

dəri gödəkcə – tünd boz rəngli;

kitel – tünd boz rəngli;

şalvar (qadınlarda – yubka və şalvar) – tünd boz rəngli;

şalvar qayışı – qara rəngli;

yun köynək – tünd boz rəngli;

uzunqol köynək – ağ rəngli;

qısaqol köynək – ağ rəngli;

qalstuk – tünd boz, gümüşü rəngli sıxacla;

şərf – qara rəngli;

əlcək – qara rəngli;

corablar – qara rəngli (qadınlarda – dəri rəngli neylon, yaxudqara rəngli yarımyun corablar);

tufli, yarımçəkmə – qara rəngli.

Qış papağı:

xüsusi rütbəsi olan kişi işçilər üçün tünd boz rəngdədir,silindr formalıdır, hündürlüyü 12 sm olmaqla dövrədən və günlükdənibarətdir. Xarici üst hissəsi tünd boz rəngli drap parça iləörtülür. Günlük tünd boz rəngli olmaqla dövrənin ön hissəsinəbərkidilir və onun ortada eni 6 sm-dir. Günlüyün üstünə ali xüsusirütbəsi olan işçilər üçün iki, böyük xüsusi rütbəsi olan işçilərüçün bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışı tikilir. Eni1.5 sm olan gümüşü rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsiilə günlük boyu dövrəyə bərkidilir;

xüsusi rütbəsi olan qadın işçilər üçün tünd boz rəngdədir,günlüksüzdür, oval formalıdır və üst hissəsinin kənar dövrəsinəparalel xüsusi qövsvari forma verilmişdir;

ali xüsusi rütbəsi olan kişi və qadın işçilər üçün dövrə tündboz rəngli təbii qaragül dərisindən tikilir və içində ipək astarvardır;

baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi işçilərüçün dövrənin ön hissəsi tünd boz rəngli drap parçadan, arxa və yanhissələri, o cümlədən baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsiolan qadın işçilər üçün dövrə tünd boz rəngli süni qaragüldərisindən tikilir. Baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsiolan kişi və qadın işçilər üçün qış papağının içində ipək astarvardır;

xüsusi rütbəsi olan digər kişi və qadın işçilər üçün tünd bozrəngli süni xəzdən tikilir və öz konstruksiyasına görə başmiqrasiya xidməti müşaviri xüsusi rütbəsi olan kişi və qadınişçilər üçün nəzərdə tutulan papaqla eynidir. Xüsusi rütbəsi olandigər kişi və qadın işçilər üçün qış papağının içində sarja astarvardır;

dövrənin ön hissəsinin mərkəzinə kokarda bərkidilir (şəkil 5.3,5.4, 5.7, 5.8, 5.9, 5.12, 5.13).

Palto tünd boz rəngli yun parçadan tikilir, birbortludur,laskanlıdır, qatlanan boyunluqlu və açıq yaxalıdır. Üst yaxalıq alixüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli təbii qaragüldərisindən, baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsi olanişçilər üçün tünd boz rəngli süni qaragül dərisindən, digər xüsusirütbəsi olan işçilər üçün isə tünd boz rəngli süni xəzdəndir vətaxılıb-çıxarılandır. Ali xüsusi rütbəsi olan işçilər üçünyaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rənglimahuddan kant tikilir. Palto dörd böyük forma düyməsi ilə sağtərəfə (qadınlarda – sol tərəfə) düymələnir. Palto astarlıdır vəastarında iki kəsmə qoltuq cibi vardır. Paltonun laylarındayanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblər vardır. Paltonunpoqonları çiyinə tikilir. Kürək, orta və aşağı hissələrdə şlitsailə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun yan tikişyerlərinə bərkidilmiş iki böyük forma düyməsi ilə düymələnəntənzimləyici kəmərcik vardır. Qolları ikitikişli, qol köbəli,içəridən tikiləndir. Paltonun sol qolunun xarici səthində çiyinləqolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənmə qol nişanıyerləşdirilir. Döşəmədən paltonun ətəyinədək olan məsafə 43–45sm-dir (şəkil 1.1, 2.1, 2.2, 3.1).

Dəri gödəkcə tünd boz rəngli süni dəridən tikilir. Mərkəzdəngizli zəncirbəndlə bağlanan, qatlanan boyunluqlu, laskanlıdır. Dərigödəkcə basmadüymə ilə kişilərdə sağ tərəfə, qadınlarda isə soltərəfə düymələnir. Yaxalıq ali xüsusi rütbəsi olan işçilər üçüntünd boz rəngli təbii qaragül dərisindən, baş miqrasiya xidmətimüşaviri xüsusi rütbəsi olan işçilər üçün tünd boz rəngli süniqaragül dərisindən, xüsusi rütbəsi olan digər işçilər üçün isə tündboz rəngli süni xəzdəndir və taxılıb-çıxarılandır. Laylarında yankəsmə köndələn ciblər vardır. Kürək hissəsinin ortasında aşağıdaşlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli,içəridən tikiləndir. Təbii xəzdən istiləşdirilmiş vətaxılıb-çıxarılan astarlıdır. Astarında iki kəsmə qoltuq cibivardır. Taxılıb-çıxarılan poqonların çiyinə bərkidilməsi üçüngödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər adi düyməilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xarici səthindəçiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıda fərqlənməqol nişanı yerləşdirilir. Döşəmədən dəri gödəkcənin ətəyinədək olanməsafə 65 sm-dir (şəkil 1.2, 2.3, 2.4, 3.2).

Ətəyin uzunluğu diz xəttindən 5 sm aşağı olmalıdır.

Yun köynək tünd boz rəngli yundan toxunur. Dik yaxalıqlıdır,mərkəzdən açıq zəncirbəndlə bağlanır və aşağı kənarlarına manjettikilir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin özrəngində möhkəm parçadan əlavə qatlar tikilir. Taxılıb-çıxarılanpoqonlar üçün yun köynəyin öz rəngində kəmərcikləri vardır.Kəmərciklər kiçik adi düymə ilə və ilgəklə düymələnir. Üzərində heçbir fərqlənmə nişanı yoxdur (şəkil 1.4, 2.7, 2.8, 3.4).

Uzunqol köynək ağ rənglidir, pambıq parçadan tikilir. Köynək 7kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda – sol tərəfə)düymələnir. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardanrezinlidir. Köynəyin sağ və sol bortlarında üstdən tikmə qapaqlıciblər vardır. Qatlanan boyunluqludur. Köynək qalstukla geyilir.Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikişxəttindən 14 sm aşağıda fərqlənmə qol nişanı yerləşdirilir.Köynəyin taxılıb-çıxarılan poqonları çiyinə bərkidilir. Poqonlarüçün kəmərciklər orta forma düymələri ilə düymələnir (şəkil 1.5,2.9, 2.10, 3.5).

Şərf qara rəngli yun parçadan hazırlanır və ölçüsü 40x100sm-dir.

20-2. Əlcək qara rəngli süni dəridən hazırlanır (şəkil 6.1,6.2).

Gödəkcə – tünd boz rəngli poliestr parçadan tikilir. Qısaqatlama boyunluqludur, dik yaxalıqlıdır, bortları mərkəzdən gizlizəncirbəndlə və dörd yapışqanlı lentlə bağlanır (kişilərdə − sağtərəfə, qadınlarda − sol tərəfə). Gödəkcənin hər iki bortunun sinəhissəsində üstdən tikilmiş basmadüymə ilə düymələnən fiqurluqapaqlı gizli döş cibləri, ətək hissəsində isə basmadüymə və açıqzəncirbənd ilə bağlanan iki ədəd cib vardır. Boyunluğunun arxatərəfində gizli zəncirbəndlə gödəkcəyə bağlanan yağışdan qorunmaqüçün xüsusi örtük papaq vardır. Qolları tək tikişlidir,manjetlidir, tənzimlənən basma düymələrlə bağlanır. Gödəkcəninbelində tənzimləyici gizli rezin ip vardır. Gödəkcə astarlıdır,astarın hər iki tərəfdən döş hissələrində əsas parçadan köbəsi olanvə zəncirbəndlə bağlanan daxili cibləri vardır. Gödəkcəninaçılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur vəbasmadüymə ilə gödəkcəyə düymələnir. Taxılıb-çıxarılan poqonlarüçün gödəkcənin öz rəngində kəmərcikləri vardır. Kəmərciklər kiçikadi düymə ilə və ilgəklə düymələnir. Gödəkcənin sol qolunun xaricisəthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 14 sm aşağıdafərqlənmə qol nişanı yerləşdirilir (şəkil 4.1, 4.2).

Dövrənin alın hissəsinin aşağısına papağın rəngində bərkmaterialdan günlük tikilir. Böyük xüsusi rütbəsi olan işçilər üçüngünlüyün üstünə bir cərgə gümüşü rəngdə palıd yarpağının naxışıtikilir (şəkil 5.14, 5.15).

Köynəklər qalstuksuz geyilir və şalvarın içinə salınır.

“Dövlət Miqrasiya Xidməti rəisinin poqonlarının kənarları gümüşürəngli palıd yarpaqları ilə əhatələnmişdir (şəkil 7.1, 7.2).

Chosen
15
18
az.trend.az

10Sources