EN

Pekin Zelenskinin hərəkətlərinə çox dözür? | VİDEO

AzVision.az xəbər verir ki, beynəlxalq və hərbi problemlər üzrə ekspert Sun Çjunpin “Tencent” sosial şəbəkəsində belə paylaşım edib.

“Əvvəla, qeyd edək ki, Zelenskinin Çinin hansı ölkələrlə biznes və ticarət qurmalı olduğunu diktə etmək hüququ yoxdur. Çin Ukraynaya və Zelenskiyə həddən artıq səbir göstərir. Zelenski və Ukrayna parlamenti daim Tayvan kartı ilə oynayır”,- analitik vurğulayıb.

Çjunpin onu da qeyd edib ki, Ukraynanın bərpası “dibsiz quyu və tələ”dir, çünki qoyulan pul həmişəlik itirilə və sərmayə heç vaxt öz bəhrəsini verməyə bilər.

Xatırladaq ki, iyulun 8-də Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (UMTMŞ) Çinin beş şirkətinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Məhdudiyyətlər “China Asia Silk Road International Trade (Tyantszin) Co.”, “Suzhou Ecod Precision Manufacturing Co.”, “Shenzhen Royo Technology Co.”, “Shenzhen Jinduoban Technology Co.” və “Ningbo BLIN Machinery Co.” şirkətlərinə şamil edilir.


Sahil İsgəndərov
AzVision.az
Chosen
31
1
azvision.az

2Sources