EN

Milyarder xanımına toy hədiyyəsi olaraq məşhur jurnalı almaq istəyir

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerikalı milyarder Ceff Bezos həyat yoldaşı Lauren Sançezə verəcəyi toy hədiyyəsini tapıb.

Axşam.az xəbər verir ki, milyarder xanımına "Vogue" jurnalını hədiyyə etmək üçün "Condé Nast" nəşriyyatını almağı planlaşdırır.

"Daily Mail"in məlumatına görə, "Amazon"un 61 yaşlı qurucusu artıq bununla bağlı nəşrin baş redaktoru Anna Vinturla danışıqlar aparır.

Söhbət Sançesin “Vogue” jurnalının rəqəmsal versiyasının üz qabığında "Dolce & Gabbana" gəlinlik paltarında yer almasından sonra başlayıb. Bir müddət əvvəl isə Vintur 37 illik fəaliyyətinin ardından jurnalın baş redaktoru vəzifəsindən istefa verdiyini elan edib.

Bununla bağlı xarici mediada bir neçə fərziyə yer alıb. Bunlardan biri "Condé Nast"ın rəhbərliyinin nəşriyyatı çoxdan satmağı planlaşdırdığı və bu səbəbdən bir sayını dünyanın ən zəngin adamının gəlininə həsr etdiyi yer alıb. Lakin bunu özünə təhqir kimi qəbul edən Vintur istefa verib. Bir digər fərziyə isə Vinturun bu sövdələşmədə vasitəçi olduğu və onun təşəbbüsü ilə Sançesin üz qabığında yer aldığı bildirilib. Çünki onun bu biznesdə payı var və satışdan çox qazana bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
axsam.az

1Sources