EN

Prezident İlham Əliyev Monqolustanın dövlət başçısını milli bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Monqolustanın milli bayramı münasibətilə bu ölkənin dövlət başçısı Uxnaaqiyn Xurelsuxu və monqol xalqını ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı təbrik məktubunda, həmçinin qeyd edilib: “Biz dost ölkənizlə münasibətlərin inkişafına böyük önəm veririk. Hazırda Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin gündəliyinin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı şərait formalaşmışdır.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.

Dövlətimizin başçısı Uxnaaqiyn Xurelsuxa möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Oxuməni.az

Chosen
23
33
oxumeni.az

10Sources