EN

Ərdoğanın baş müşaviri vəfat etdi

Bir müddətdir xəstəxanada xərçəng müalicəsi alan Türkiyə prezidentinin baş müşaviri, İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut 53 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına məlumat yayıb.

Bildirilir ki, Bulut səhər saatlarında dünyasını dəyişib.

Bulutun ölüm xəbərini millət vəkili Süleyman Soylu da sosial media hesabından belə açıqlayıb:

"Prezidentin baş müşaviri, İqtisadi Siyasət Şurasının üzvü, jurnalist, yazar və iqtisadçı alim, əziz dostum Yiğit Bulut bu gün səhər saatlarında ağır xəstəlikdən sonra dünyasını dəyişib. Ailəsinə, yaxınlarına və əzizlərinə başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun!"

Chosen
17
publika.az

1Sources