EN

Qafqazda yeni səhifə: Əbu-Dabi danışıqları nəyə işarə edir? - ÖZƏL

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib. 

"Əbu-Dabidə keçirilən görüş tarixi əhəmiyyətə malikdir. İlk dəfə olaraq tərəflər bu qədər geniş tərkibdə və əhatəli şəkildə müzakirələr aparmaq imkanı əldə etdilər. Bu, iki tərəfli formatda aparılan görüşlərin nəticəsi kimi dəyərləndirilməlidir. Nəticələr göstərir ki, tərəflər bir çox məqamlarda ümumi fikirlərə yaxınlaşıblar və bəzi istiqamətlərdə irəliləyiş əldə olunması üçün ciddi addımlar atılıb" .

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq bildirib ki, bu görüşdə, şübhəsiz ki, sülh müqaviləsi ətrafında aparılan müzakirələr, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub:

"Zəngəzur dəhlizinin açılması isə əsas prioritetlərdən biri olduğu heç bir şübhə doğurmur. Əgər Zəngəzur dəhlizi açılarsa, bu, regionun geosiyasi baxımdan əhəmiyyətini ciddi şəkildə artıracaq. Bölgə ölkələrinin kommunikasiyaları azad olunacaq, qarşılıqlı əlaqələr güclənəcək və region əhəmiyyətli bir tranzit mərkəzinə çevriləcək. Yükdaşıma həcmi də nəzərəçarpacaq dərəcədə artacaq.
Bu, eyni zamanda Azərbaycanın maraqlarına, o cümlədən Türkiyənin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsinə səbəb olacaq ki, bu da çox ciddi bir hadisədir. Digər tərəfdən, Ermənistanın da həm Qərbə, həm də Şərqə qapıları açılacaq və bu, onun dövlət kimi ayaqda durması və möhkəmlənməsi baxımından önəmli bir amil olacaq.

Yəni bu proses bütün region ölkələrinin, həmçinin regiondan kənar dövlətlərin maraqlarına tam uyğun bir istiqamət təşkil edir. Sülh müqaviləsinin imzalanması və bu istiqamətdə atılan addımlar gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ciddi şəkildə təsir göstərəcək və uzun müddət davam etmiş münaqişədən sonra etimadın bərpasına təkan verəcək.
Bu da gələcək üçün ciddi ümidlərin formalaşması deməkdir. Azərbaycanın strateji mövqeyi ondan ibarətdir ki, gələcəkdə Güney Qafqazda üçtərəfli əməkdaşlıq formatı - "Qafqaz evi" yaradılaraq, region vahid bir əməkdaşlıq məkanına çevrilsin" . 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
olaylar.az

1Sources