Olaylar.az xəbər verir ki, Breitbart News portalına açıqlamasında İsrail rəsmisi bildirib ki, bu döyüş təyyarələri - İsraildə "Adir" kimi tanınan F-35-lər - son 12 günlük İranla qarşıdurmada mühüm rol oynayıb. O hesab edir ki, bu texnologiyanın Türkiyəyə verilməsi regionda balansı poza və sabitliyə təhlükə yarada bilər.
Rəsminin sözlərinə görə, Türkiyənin "neo-osmançılıq" ideyası və Qüds üzərində nəzarətə yönəlik bəyanatları da narahatlıq doğurur.(?) Hərbi toqquşma yaxın perspektivdə real görünməsə də, İsrail bu ehtimalı tam istisna etmir - xüsusən Suriyada, harada ki, Türkiyənin hərbi fəallığı yalnız İŞİD-ə qarşı deyil, həm də İsrailə qarşı yönələ bilər.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı üçün F-35 proqramından çıxarılmışdı. Lakin ABŞ-nin nAnkaradakı səfiri Tom Barakın yaxınlarda bu məsələyə yenidən baxıla biləcəyi ilə bağlı açıqlaması İsraildə narahatlıq doğurub. İsrail tərəfi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasındakı yaxın münasibətlərə baxmayaraq, Konqresin bu satışın qarşısını alacağına ümid edir.