ain.az, Baku.ws portalına istinadən məlumat verir.
"2050-ci ildə Xəzər dənizində suyun səviyyəsi indikindən 1.5 metrə qədər azalacaq".
Bunu BAKU.WS-ə açıqlamasında Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitunun Xəzər Dənizi şöbəsinin müdiri professor Əmir Əliyev deyib.
O, иildirib ki, Xəzər dənizində səviyyə 1996-cı ildən başlayaraq bu günə qədər hər il enmə mərhələsindədir. Təqribən ildə 20-25 santımetrə qədər enir: Lakin son iki ildəki məlumatlar göstərir ki, enmə sürəti bir qədər azalıb.
"Əvvəllər hər il 20-25 santımetr enirdisə indi bu 10-15 intervalındadır. Bu o deməkdir ki, Xəzərin səviyyəsinin enmə prosesi dövrü xarakter daşıyır. Ola bilsin ki 2050-ci illərə qədər enmə prosesi davam etsin. Həmin vaxt indikindən təqribən 1-1.5 metr aşağı düşər. Əsrin ortasından başlayaraq səviyyənin qalxması müşahidə ediləcək. Son 2-3 ildə müşahidə edilən enmə sürətinin azalması bunu bir daha sübut edir", deyə mütəxəssis açıqlamasında vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.