1. 1.0.8-ci və 1.0.9-cu maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.10-cu maddə əlavə edilsin: “1.0.10. sosial sahəyə aid müəssisələr - sosial xidmət müəssisələri, dövlət reabilitasiya müəssisələri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).”. 2. Aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilsin: “3.3. Minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir.”. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun 2025-ci il