EN

Gedənlər artdı, Premyer Liqanın dəyəri düşdü

Azərbaycan Premyer Liqasının dəyəri düşüb.

FutbolPress” xəbər verir ki, klubların heyətləri ilə bağlı dəyişikliklərindən sonra çempionatın “transfermarkt”dakı dəyəri enib. Belə ki, mövsümün sonunda 100 milyon avro göstərilən Premyer Liqanın indiki dəyəri 88 milyon avrodur.

Yay transfer dönəmində klublardan gedənlərin çoxluğu səbəbindən təxminən 12 milyonluq eniş yaşanıb.

Hazırda çempionatda ən dəyəri klub “Qarabağ”dır. Azərbaycan çempionunun “transfermarkt”da dəyəri 23,95 milyon avrodur. “Zirə” 14,05 milyon avro ilə 2-ci, “Sabah” isə 12,38 milyon avro ilə 3-cüdür.

12 futbolçuyla vidalaşan “Neftçi” isə 8,73 milyon avro ilə 5-ci pillədə qərarlaşıb.

Chosen
15
futbolpress.az

1Sources