EN

Veneranın övladları - Bu bürc niyə gözəlliyə və lüksə bu qədər bağlıdır?

Buğa bürcü zodiakın ən sabit və realist bürclərindən biridir. Torpaq ünsürlü olması onun həyatda ayaqları yerə möhkəm basan, təhlükəsizlik və davamlılıq axtaran biri olmasını göstərir. Astroloqlar tez-tez Buğa bürcünü "Zəhmətsevər və rahatlıqsevər" olaraq təsvir edirlər. 

Yenisabah.az xəbər verir ki, onlar üçün ev, ailə və maddi təminat həyatın vazkeçilməz hissələridir.

"Buğalar risk etməyi sevmir, amma bir qərar verəndə onlardan daha qətiyyətlisi yoxdur. Onların sakit xarakteri sizi aldada bilər, əslində isə daxildə böyük enerji daşıyırlar." pizza sifarişi

"Buğa bürcü Venera ilə idarə olunduğu üçün sənətə, gözəlliyə və lüksə xüsusi maraq göstərir. Onlar bəzən inadkar görünsələr də, bu inad bəzən onlara çox qapılar açır."

Buğalar sevgidə sadiq və etibarlıdır. Onlar üçün emosional sabitlik önəmlidir. Qarşı tərəfdən dürüstlük və daimi diqqət gözləyirlər. Əgər özlərini güvəndə hiss etmirlərsə, sürətlə qapanır və müdafiə mövqeyinə keçirlər.

Buğalar üçün maddi təminat və stabil maaş olduqca vacibdir. Onlar zəhmətkeşdir və davamlı çalışmaqdan çəkinməzlər. Bankçılıq, memarlıq, torpaqla bağlı sahələr və sənət Buğalar üçün ideal ola bilər.

Buğa bürcünün simvolu qədim mifologiyaya əsaslanan bir öküz başıdır. Güc, sabitlik və məhsuldarlığın təcəssümüdür. Qədim yunan və Roma mifologiyasında da öküz məhsuldarlığın və bolluğun simvolu sayılırdı. Bu simvol, Buğaların təbiətə yaxın, torpaqla bağlı və dayanıqlı xarakterini əks etdirir.

Rəngi:

Yaşıl – təbiət və məhsuldarlıq rəmzi

Tünd qəhvəyi – torpaqla əlaqə və sabitlik

Tünd mavi – daxili sakitlik və düşüncə dərinliyi

Uğurlu daşı:

Zümrüd (emerald) – sevgi, sədaqət və daxili harmoniya

Aventurin – stressi azaldır, bədəni və ruhu tarazlaşdırır

Qaya kristalı (quartz) – daxili güc və enerji mənbəyi

Uğurlu çiçəkləri:

Qızılgül – sevgi və estetik duyğular

Lalə – sabit emosiyalar və ehtiras

Bənövşə – incə zövq və emosional dərinlik

Buğalar gözəlliyi sevir. Bu, musiqidə də, interyer dizaynında da, təbiətdə də özünü göstərir. Evlərini rahat və zövqlü bəzəməyə meyllidirlər. Tez-tez klassik musiqiyə və ya instrumental janrlara maraq göstərirlər.

Torpaq ünsürlü Buğalar üçün bağçılıq və kənd həyatı ilə bağlı fəaliyyətlər böyük zövq verir. Gül əkmək, ağaclarla işləmək, torpağa toxunmaq onlara həm sakitlik, həm də enerji verir.

Buğalar yeməyi sevir. Onlar təkcə yeməyi yeməyi yox, həm də bişirməyi bacaran və bundan həzz alan insanlardır. Onlar üçün yemək həm dad, həm də təqdimat baxımından estetik olmalıdır.

Buğalar maliyyə məsələlərində diqqətlidir. Onlar sabit gəliri olan işləri və gələcək üçün təhlükəsizlik təmin edən investisiyaları üstün tuturlar. Kriptovalyuta yerinə daşınmaz əmlaka üstünlük verə bilərlər.

Venera planeti ilə idarə olunduqları üçün ritm hissləri güclüdür. Musiqi dinləmək onların stresini azaldır, bəzi Buğalar isə musiqi alətlərində ifa etməyə meylli olurlar – xüsusən fortepiano və gitara.

Aydan Hacı


Telegram kanalımız
Chosen
5
yenisabah.az

1Sources