EN

“İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşünü uğurlu hesab edirik”

“Ermənistan Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu kimi qiymətləndirir”.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan nazirliyin rəsmi teleqram kanalında məlumat verib.

“Biz bu görüşü sülh prosesinin daha da irəliləməsi üçün möhkəm təməl ola biləcək mühüm addım hesab edirik”, - Badalyan vurğulayıb.

İyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Chosen
7
2
sportinfo.az

10Sources