Uimbldon tennis turnirində mübarizə sona yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, qadınlarda artıq finalçılar məlumdur.

Dünya 1 nömrəsi Arina Sabalenka gözlənilmədən məğlub olub. Onu mübarizədən kənarlaşdıran isə Amanda Anisimova olub. Amerikalı tennisçi karyerasında ilk dəfə "Böyük Dəbilqə"də finala yüksəlib.

Anisimovanın finaldakı rəqibi İqa Şvyontek olacaq. Polşalı tennisçi Belinda Bençiçi çətinlik çəkmədən məğlubiyyətə uğradıb - 6:2, 6:0.

İqa Uimbldonda ilk finalını oynayacaq. 

Qeyd edək ki, çempionu müəyyən edəcək qarşılaşma iyulun 12-də baş tutacaq.